Apellyasiya şikayətinin məzmunu məlum olub.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
– şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
– şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;
– barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;
– şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
– şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;
– şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;
– şikayətə əlavə edilən sənədlərin siyahısı.