Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərməsi də vurğulanır. Bu, beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir.
Heftelik.az-ın məlumatına görə, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə bildirilib.
Qeyd edilib ki, Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir:
“Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir”.