“Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir”.
Heftelik.az-ın məlumatına görə, bu, Xarici İşlər Nazirliyinin diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə bildirilib.
“Bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır”, – deyə əlavə olunub.