Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Hüquq və vəzifələrin izahı haqqında bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir.