Miqrasiya orqanlarında qulluğuna xitam verildikdən sonra işçi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi Dövlət Miqrasiya Xidmətinin aparatının struktur bölmələrində və sisteminə daxil olan qurumlarda işə qəbul edilə bilməz.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.