Kəngərli rayon icra başçısının müavini işdən azad olunub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının müavini Qurbanova Səriyyə Bağır qızı işdən çıxarılıb.
Eyni zamanda Şahbuz rayon icra başçısının müavini də işdən azad olunub. Bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev sərəncam imzalayıb. Sərəncama əsasən, icra başçısının müavini Tural Quliyev işdən çıxarılıb.