Ekspertin rəy verilməsi üçün müqayisəli tədqiqat aparmaq məqsədi ilə zəruri obyekt və nümunələri əldə etmək; əlavə obyekt və digər materialların təqdim olunmasını tələb etmək, rəy verilməsi üçün cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə zəruri materiallarla tanış olmaq, işin materiallarından zəruri məlumatları çıxarış etmək, öz vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxslərə və şahidlərə suallar vermək, ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək, qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy vermək, məhkəmənin və ya cinayət prosesi iştirakçılarının diqqətini ekspertizanın predmeti və müvafiq ekspertə verilən sualların tərtibi ilə əlaqədar hallara cəlb etmək hüquqları var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.