Razılığı rəsmiləşdirən zaman istismarçı təşkilat fəaliyyətdə olan magistral neft kəmərləri, onun qurğularının mühafizəsini və işlərin təhlükəsiz aparılmasını təmin edən tədbirləri işləyib hazırlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Tədbirlərə daxil edilməlidir:

– hərəkət marşrutu və texnikanın fəaliyyətdə olan neft kəmərinin üzərindən keçid yerlərinin təyin edilməsi, yeni keçidlərin quraşdırılması;

– fəaliyyətdə olan neft kəmərində işlər yerinə yetirilən zaman təzyiqin aşağı salınması üzrə tədbirlər (lazım gəldikdə);

– iş aparılan yerlərlə əlaqənin təşkilinin sxemi;

– qəzanın ləğvi planının operativ hissəsindən çıxarış.