Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin əsas yerləşdirmə zamanı hər hansı ixtisasa qəbul ola bilməyən namizədlərə müraciət edib.

DİM-dən Heftelik.az-a verilən məlumata görə, 8 sentyabr 2023-cü il saat 13:00-dan 11 sentyabr 2023-cü il saat 23:59-dək rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilib.

Qeyd edək ki, 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 581 (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri istisna olmaqla) yerdən ibarət olub.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfər müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib (bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar).

Boş qalan plan yerlərinə qəbul üçün ixtisas seçimi qəbul qaydalarının 4.1-ci və 4.2-ci bəndləri (bax: “Rezidentura” jurnalı №1, 2023, səh.3) nəzərə alınmaqla onlayn qaydada həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər //eservices.dim.gov.az/erizerez/ixtisas2/ ünvanından ixtisas seçimi edə bilərlər.

Aşağıda boş qalan plan yerləri təqdim olunur.

2023/2024-cü TӘDRİS İLİ ÜÇÜN REZİDENTURANIN BOŞ QALAN YERLӘRİNƏ QƏBUL APARILAN İXTİSASLAR

Azərbaycan Tibb Universiteti
311236Psixiatriya1
311252Daxili xəstəliklər1
311528Restorativ stomatologiya1
311593Epidemiologiya1
*311625Tibbi mikrobiologiya1
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313123Ümumi cərrahiyyə1
313229Daxili xəstəliklər1
313294Ailə təbabəti1
313367Epidemiologiya1
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
318113Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza1
Respublika Narkoloji Mərkəzi
332118Narkologiya1
Naxçıvan Dövlət Universiteti
361157Travmatologiya- ortopediya1
361254Nevrologiya (Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi üçün)1
361262Kardiologiya1
361295Fizioterapiya və tibbi bərpa1
361319Ftiziatriya1
361327Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza1
361335Pediatriya1
361384Endodontiya1
361432Uşaq stomatologiyası1
361457Gigiyena1
361473Epidemiologiya2
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
365118Anesteziologiya- reanimatologiya1

QEYD 1. * – işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı №3, 2023, səh.4-7) müvafiq olaraq aparılır.

QEYD 2. Digər ixtisaslar üzrə plan yerləri tam dolmuşdur.