Zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsinin məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək, digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək, təmsil etdiyi şəxs üçün müvafiq müdafiəçi və nümayəndə dəvət etmək və onların səlahiyyətlərinə xitam vermək, cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsi və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın kompensasiyasını almaq, təmsil etdiyi şəxsdən cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut kimi və ya digər əsaslarla götürülmüş əmlakı, habelə ona məxsus olan rəsmi sənədlərin əslini geri almaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən təmsil etdiyi şəxsə məxsus əmlakı geri almaq hüquqları var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.