Neft kəmərinin üstünün açılması üzrə torpaq işlərinin aparılması yüksək təhlükəli işlərə tapşırıq-buraxılış vərəqi tərtib edilməklə aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Ekskavator işləyəndə çalovdan borunun divarına qədər 0,20 metrə qədər məsafə saxlanılmalıdır. Əgər suxur quru və bərkdirsə, qazılıb çıxarılan torpağın xəndəyə tökülməməsi üçün torpaq xəndəyin kənarından 0,5 metrdən az olmayan məsafəyə, qumlu və nəmlidirsə xəndəyin kənarından 1 metrdən az olmayan məsafədə yığılmalıdır.