Zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin hansı hüquqları olmadığı açıqlanıb.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin aşağıdakılara hüququ yoxdur: [

– şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

– xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək;

– zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək.

Zərər çəkmiş şəxsin qohumu olan hüquqi varisi şahid qismində dindirilə bilər. Zərər çəkmiş şəxsin hüquqi varisi bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları və vəzifələri yerinə yetirir.