Mərakeşdə 6,9 bal gücündə zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərakeş şəhərindən 72 kilometr qərbdə baş verən zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ dağıntılara yol açıb, 296 nəfər ölüb, 153 nəfər xəsarət alıb.