Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydalarının müddəalarının işçi tərəfindən pozulması və ya maraqların toqquşmasına yol verilməsi barədə şikayət və ya digər məlumat daxil olduqda (və ya əldə edildikdə) və yaxud bu barədə məlumat mediada dərc edildikdə (yayımlandıqda) xidməti yoxlama (intizam icraatı) başlanıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçən işçilərin etik davranış Qaydaları”nda əksini tapıb.