Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında qətnamədə, o cümlədən aşağıdakılar göstərilməlidir:

– bankın adı;

– restrukturizasiya müddəti və bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi üzrə məsul şəxslər göstərilməklə bankın öhdəliklərinin könüllü restrukturizasiyasının həyata keçirilməsi barədə göstəriş.

Qətnamənin surəti bu Məcəllənin 227-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmiş banka onun hüquqi ünvanı üzrə və Azərbaycan Respublikasının Mərkəzi Banka göndərilir.