Neft kəmərinin üstünün açılması üçün ekskavator işləyən zaman nələrin qadağan olduğu məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Ekskavator işləyən zaman qadağandır:

– təzə tökülmüş, bərkidilməmiş süxurda ekskavatorun işləməsi;

– çalovun maksimal açılma zonasından 5 m radiusda adamların olması;

– ekskavatorun çalovu qaldırılmış vəziyyətdə ekskavatorun kabinasını tərk etmək;

– ekskavatorun yükqaldırıcı mexanizm kimi istifadə edilməsi;

– çalov torpaqla dolu vəziyyətdə olan zaman ekskavatorun yerinin dəyişdirilməsi.