Mütəxəssisin zəruri kömək göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışına gəlmək, cinayət prosesini həyata keçirən orqana öz xüsusi ixtisasını təsdiq edən sənədləri təqdim etmək, zəruri kömək göstərilməsi qabiliyyəti olduğunu düzgün qiymətləndirmək, cinayət prosesini həyata keçirən orqana peşə təcrübəsi və cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək, köməyinə zərurət olduğu bütün müddət ərzində istintaq və ya digər prosessual hərəkətlərin keçirildiyi yerdə, məhkəmənin iclas zalında olmaq və qeyd edilən hərəkətlərin keçirildiyi yeri həmin hərəkətləri keçirən şəxsin icazəsi olmadan, məhkəmə iclası zalını isə məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan tərk etməmək vəzifələri var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.