Neft kəmərlərinə neftin doldurulması və boşaldılması üzrə işlər yerinə yetirilərkən sertifikatlaşdırılmamış avadanlıqlardan və qurğulardan istifadə etmək, uyğunluq sertifikatı olmayan avadanlıqlardan və qurğulardan istifadə etmək, vantuza qəbuledici borunu bərkitmədən nefti boşaldan qurğudan istifadə etmək və anbarı bəndin yuxarı kənarının 1 metrdən yuxarı səviyyəsinə qədər doldurmaq qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İşlər yerinə yetirilən zaman işləyən nasos aqreqatlarının bilavasitə yaxınlığında hava mühitinin yoxlanılması təşkil olunmalıdır.