İspaniya Futbol Federasiyasının rəhbəri, UEFA prezidentinin köməkçisi Luis Rubiales istefa verib.
Heftelik.az-ın İspaniya mətbuatına istinadın verdiyi məlumata görə, bundan əvvəl Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi Luis Rubialesi avqustun 26-dan etibarən 90 gün müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən və vəzifəsindən kənarlaşdırmışdı.
Luis Rubiales bağlı qərar FİFA-nın avqustun 20-da baş vermiş olayla əlaqədar apardığı araşdırma fonunda qəbul edilmişdi. Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.
Luis Rubiales avqustun 25-də bəyan etmişdi ki, postunu tərk etmək niyyətində deyil. Bununla belə, “sports.ru” nəşri yazmışdı ki, 80-dən artıq futbolçu, o cümlədən Cennifer Ermoso da daxil olmaqla dünya çempionatının 23 iştirakçısı Luis Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti kimi qalacağı halda yığmada oynamaqdan imtina edib.
Hermoso bu hadisədən sonra Rubialesə qarşı iddia qaldırmış, prokurorluq Rubialesə qarşı araşdırmaya başlamışdı.