Neft boru kəmərlərinə sarğac quraşdırılmazdan əvvəl siyirtmələrin daxili boşluqları yuyulmalı, sürgülərinin hermetikliyi yoxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Təmir olunan boru sahəsini ayıran siyirtmələr bağlanmalı və elektrik qidalandırıcısından açılmalıdır. Siyirtmələrin açılmasını istisna edən tədbirlər görülməlidir, (texniki cəhətdən mümkündürsə, sükan sökülür), “Qoşma! Adamlar işləyir!” lövhələri asılmalıdır.