Mütəxəssisin istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxsə kömək məqsədi ilə sənədlərin və əşyaların aşkar edilməsi, möhkəmləndirilməsi, götürülməsi, texniki vasitələrdən və kompüter proqramlarından istifadə edilməsi, iş materiallarının tədqiq edilməsi, ekspert qarşısında suallar qoyulması üçün öz bacarığından və biliyindən istifadə edərək, cinayət prosesini həyata keçirən şəxsə, orqana, məhkəmə iclasında iştirak edən cinayət prosesi tərəflərinə peşəsinə aid sualları və hərəkətləri izah etmək, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq, məhkəmə iclasında qaydaya riayət etmək, onun iştirakı ilə keçirilmiş hərəkətlərin gedişinin, məzmununun və nəticələrinin protokolda tam və düzgün yazılmasını öz imzası ilə təsdiq etmək vəzifələri var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bu vəzifələr sırasına cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərə və aşkar edilmiş hallara dair məlumatları, habelə qapalı məhkəmə iclasının məlumatlarını yaymamaq; ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq da daxildir.
Mütəxəssisin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.