Milli Hidrometeorologiya Xidmətinin senytabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Çilov adası, Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda leysan xarakterli yağış yağıb.
Heftelik.az-ın məlumatına görə, Daşkəsən, Göygöl, Gəncə, Balakən, Şəki, Naftalan, Şəki, Balakən, Şamaxı, Qobustan, Qax, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 24 dərəcəyədək, Aran rayonlarında 21 dərəcəyədək, dağlıq rayonlarda 10 dərəcəyədək isti qeydə alınıb.