Məhkəmə iclasının katibinin vəzifələri məlum olub.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə iclasının katibi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir;
– məhkəmə iclası protokolunun aparılmasının təmin edilməsi üçün zəruri olan bütün müddətdə məhkəmənin iclas zalında olmaq və məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan zalı tərk etməmək;
– məhkəmə iclası protokolunda məhkəmə icraatının gedişini, məhkəmə qərarlarını, məhkəmə iclasında iştirak edən şəxslərin vəsatətlərini, etirazlarını, ifadələrini, izahatlarını, habelə məhkəmə iclasının protokolunda göstərilməli olan digər halları məhkəmə iclasının audioyazısına uyğun olaraq tam və düzgün qeyd etmək;
– bu Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə iclasının protokolunu hazırlamaq və imzalamaq;
– məhkəmənin və ya cinayət prosesi tərəflərinin tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibəti barədə məlumat vermək;
– məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;
– şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;
– bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.