Nümayəndəsi olmayan zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə cinayət prosesində onun xüsusi ittihamçı qismində iştirakına xitam verilir, cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə isə cinayət təqibi üzrə icraat dayandırılır.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Fəaliyyət qabiliyyəti olmayan mülki iddiaçının qanuni nümayəndəsi yoxdursa, cinayət prosesində onun iştirakına xitam verilir.