Övladlığa götürmə barədə ərizəyə hansı sənədlərin əlavə edilməli olduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır:
– uşaq nikahda olmayan şəxs (Azərbaycan Respublikasının vətəndaşı, habelə qohum (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) olan əcnəbi və vətəndaşlığı olmayan şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənin doğum haqqında şəhadətnaməsinin surəti;
– uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;
– uşaq ər-arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər-arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;
– övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy;
– övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən arayış və ya gəlirlər haqqında digər sənəd;
– yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
– müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi.