Neft kəmərinin üstünün açılması üçün buldozer işləyən zaman qadağalar məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Buldozer işləyən zaman qadağandır

– hərəkətdə olan buldozerin kabinasına minmək;

– bıçağı xəndəyin maili səthinin qırağından kənara çıxarmaq;

– əvvəlcədən yumşaq mineral süxur tökülməmiş borunu donmuş süxurla örtmək;

– xəndəyin içərisində adamların olmadığını yoxlamamış borunun üstünü örtmək.