Yüksək təhlükəli, qaz təhlükəli və odlu işlərin təhlükəsiz aparılmasının təşkili üçün idarənin əmri ilə obyektlərin və struktur bölmələrin rəhbər və mühəndis-texniki işçilərindən texniki təhlükəsizlik üzrə attestasiyadan keçmiş, əməyin mühafizəsi norma və qaydaları, işlərin təhlükəsiz görülməsi üzrə bilikləri yoxlanılmış cavabdeh və onları əvəz edən şəxslər təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Onların vəzifələrinə daxildir:
– tapşırıq-icazə vərəqəsini təsdiq etmək;
– işlərin təşkilinə və təhlükəsiz aparılmasına məsuliyyət daşımaq;
– tapşırıq-icazə vərəqəsi vermək və işə buraxmaq;
– işlərin yerinə yetirilməsinə hazırlığa cavabdeh olmaq;
– hava mühitinin analizinin aparılmasına nəzarət etmək.