Göyçay çayında sululuq artıb, daşma təhlükəsi yaranıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Göyçay və ətraf rayonlara yağan leysan yağışları nəticəsində çayda suyun səviyyəsi səhər saatlarından kəskin artıb.
Göyçay çayının Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində kənd istiqamətində sızmalar baş verib. Əraziyə cəlb olunan Ucar Rayon Suvarma Sistemləri İdarəsinin texnikalarının köməkliyi ilə təhlükə aradan qaldırılıb. Su çayın bəndini kənd istiqamətində yarsa Qazyan və Lək kəndlərinin su altında qalma riski vardı.
Hazırda Göyçay çayında suyun səviyyəsi nisbətən enib. Buna baxmayaraq hələ də çayın sızmalar nəticəsində bəndin uçma təhlükəsi olduğundan müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülür.