Mülki cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə onun cinayət prosesində iştirakına xitam verilir, ona qarşı verilmiş iddia isə cinayət prosesi daxilində baxılmamış saxlanılır.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət prosesinin məhdud fəaliyyət qabiliyyətli iştirakçısı qanuni nümayəndəsinin razılığı olmadan aşağıdakıları edə bilməz:

– barəsində cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətin edilməsinə dair şikayətdən imtina etmək;

– zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

– ona qarşı verilmiş mülki iddianı qəbul etmək;

– ona qarşı verilmiş mülki iddiadan imtina etmək;

–  öz qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək.