Daşıyıcı qabiliyyəti az olan torpaqlarda işləyərkən münbit layın çıxarılması bir çalovlu ekskavatorla yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Neft kəmərlərinin trası fəaliyyətdə olan yeraltı kommunikasiyalarla kəsişdiyi yerlərdə kommunikasiyadan üfüqi istiqamətdə 2 metrdən, şaquli istiqamətdə isə 1 metrdən az olan məsafədə torpağın mexaniki üsulla işlənilməsi qadağandır.