Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə nəticəsində bir nəfər dağıntılar altında qalıb.
Heftelik.az-ın məlumatına görə, Zonquldak valisi Osman Hacıbektaşoğlu NTV-yə bildirib ki, dağıntılar altında qalmış dörd nəfərdən 3-ü xilas edilib.
Xilas edilən işçilərdən ikisinin vəziyyəti ağırdır: “Çökmə 4 işçinin çalışdığı yerdə olub. Onlardan 3-ü çıxarılıb. 1 nəfər dağıntılar altında qalıb. Çökmə zamanı mədəndə ümumilikdə 280 nəfər iş başında olub. 276 işçi hadisədən sonra mədəni tərk edib”.
Osman Hacıbektaşoğlu mədəndə partlayış və yanğın olmadığını, çökmənin hansı səbəbdən baş verdiyinin araşdırıldığını da sözlərinə əlavə edib.
Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi isə çökmə nəticəsində bir mədənçinin dünyasını dəyişdiyini açıqlayıb.
***
saat 16.59
Türkiyənin Zonquldak vilayətinin Ereğli rayonunda yerləşən mədəndə çökmə baş verib.
Heftelik.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əraziyə təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.
Hadisə ilə bağlı “Zonquldak valisi Osman Hacıbektaşoğlu bildirib ki, mədəndə 280 nəfər var, 4 nəfər dağıntılar altında qalıb: “Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.