Xəndəklərin divarlarında uçma təhlükəsi yaradan çatlar əmələ gələrsə, işçilər oranı dərhal tərk etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Süxur sularının axını baş verdikdə çalanın divarları metal və ya taxta şpuntlarla (çıxıntılarla) bərkidilməlidirlər. Xəndəyin içərisində adamlar olarkən xəndəyin yaxınlığında texnikanın hərəkəti qadağandır.