İşlər yerinə yetirilən zaman işdə istifadə olunmayan bütün texniki vasitələr 100 metrdən az olmayan məsafədə işlər aparılan zonanın xaricində yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İstifadə edilən bütün elektrik avadanlıqları və elektrik alətləri yerləbirləşdirilməlidir.