Ermənistanda qadınlar könüllü olaraq 6 ay müddətinə hərbi xidmətə cəlb ediləcək.

Heftelik.az-ın məlumatına görə,  müdafiə naziri Suren Papikyan qanuna bu barədə müvafiq dəyişiklikləri  Nazirlər Kabinetinin iclasında təqdim edib.

Qdınların orduya qəbulu cari ilin qış çağırışın zamanı həyata keçiriləcək. Hərbi xidməti başa vurduqdan sonra qadınlar 1 milyon dram (2 500 dollar) məbləğində ödəniş alacaqlar.

Nazir qeyd edib ki, qadınlar hərbi xidmətə çağırış gününə qədər xidmətdən imtina etmək hüququna malik olacaq.