Magistral neft kəmərlərini istismar edən obyektlərdə hansı təlimatların işlənib hazırlanmalı və təsdiq edilməli odluğu müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Magistral neft kəmərlərini istismar edən obyektlərdə aşağıdakı təlimatlar işlənib hazırlanmalı və təsdiq edilməlidir:

– MNK-nın partlayış-yanğın təhlükəli və yanğın təhlükəli obyektlərində odlu işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat;

– MNK-nın partlayış-yanğın təhlükəli və yanğın təhlükəli obyektlərində qaz təhlükəli işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat;

– MNK-nın obyektlərində yüksək təhlükəli işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat;

– MNK-nın partlayış-yanğın təhlükəli obyektlərində hava mühitinin nəzarətinin təşkili üzrə təlimat;

– sərəncam üzrə yerinə yetirilən işlərin təhlükəsiz aparılmasının təşkili üzrə təlimat.