Mütəxəssisin cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və yerinə yetirdiyi işə görə haqq almaq hüquqları var.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Mütəxəssis Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edə bilər.