Şahidin NÜMAYƏNDƏSİ

14 Sentyabr 2023, 11:00

Şahidin nümayəndəsinin hüquqları məlum olub.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İstintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı şahidi cinayət prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə qismində dəvət edilmiş və bu hərəkətlərin aparılmasının başlanğıcında gəlmiş nümayəndə (vəkil və ya digər şəxs) səlahiyyətini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir:

– təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək;

– təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

– təmsil etdiyi şəxsin razılığı ilə onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;

– xahişlər etmək;

– təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək.

Şahidin nümayəndəsi bu Məcəllənin 102.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.