Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddəti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada bankın əsaslandırılmış ərizəsi əsasında işə baxan məhkəmə tərəfindən uzadıla bilər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Bankın öhdəliklərinin könüllü restrukturizasiyası müddətinin uzadılması haqqında ərizəyə məhkəməyə verildikdən sonra məhkəmə tərəfindən 10 gün ərzində baxılır və qərardad qəbul edilir. Qərardad dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.

Həmin qərardaddan şikayət, qərardad rəsmi qaydada işdə iştirak edən şəxslərə verildiyi gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada verilə bilər.