Dayaq nasosu bilavasitə neft boşaldılan yerin yaxınlığında quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Əsas nasos aqreqatı neft boşaldılan və doldurulan vantuzlardan 50 metrdən və dayaq aqreqatından 40 metrdən az olmayan məsafələrdə yerləşdirilməlidir. Əsas nasos aqreqatları arasındakı məsafə 8 metrdən az olmamalıdır.