Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, qətnamə və ya qərardad onda göstərilən hakim tərəfindən imzalanmamışdırsa, qətnamə və ya qərardad işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə və işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa ləğv edilməlidir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.