Torpaq işləri aparılan zaman qadağalar məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Torpaq işləri aparılan zaman aşağıdakılar qadağandır:
– sənədləri rəsmiləşdirilmədən işləri aparmaq;
– MNK obyektinin dispetçeri ilə ikitərəfli sabit rabitə olmadıqda işlərə başlamaq;
– işlərin yerinə yetirilməsinə cavabdeh şəxs olmadıqda torpaq işlərini aparmaq;
– buldozerin tırtılları ilə yenicə tökülmüş torpaq tökümünün kənarına 1 metrdən yaxın məsafəyə yaxınlaşmaq;
– çalada, xəndəkdə iş prosesi zamanı elektrik kabelləri, qaz kəmərləri, MNK aşkar olunduqda zərbə alətlərindən (külüng, ling, pnevmoalət) istifadə etmək.