UEFA Ermənistan Futbol Federasiyasına qarşı intizam işi açıb.
Heftelik.az-ın məlumatına görə, buna Avropa çempionatının İrəvanda keçirilən Ermənistan–Xorvatiya oyununda xoşagəlməz hadisələr səbəb olub.
Federasiya stadionda ictimai keçidlərin bağlanmasında, oyun zamanı siyasi və təxribat xarakterli mesajların verilməsində günahlandırılır.
Həmçinin qarşılaşmada pirotexniki vasitələrdən istifadə edilib və matç vaxtında başlamayıb.
Qeyd edək ki, Ermənistanın Xorvatiyaya 0:1 hesabı ilə uduzduğu görüşündə dronla qondarma rejimin əski parçası da qaldırılıb.