Xaçmaz-Xudat yolu üzərindəki körpü uçub, maşın çaya düşüb xəsarət alanlar var

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsü uçub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Qudyalçayın üzərində yerləşən körpünün uçması nəticəsində bir minik maşını çaya düşüb, xəsarət alanlar var.

Xudat istiqamətində avtomobillərin hərəkəti məhdudlaşıb.