Hacıqabulda ağır yol nəqliyyat hadisəsi olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verib.
Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Rzayev Rza Firdovsi oğlunun idarə etdiyi KIA markalı minik avtomobilini yol kənarında dayanan “Mercedes” markalı yük maşını (TIR) ilə toqquşub. Nəticədə sürücü və avtomobildə olan sərnişin Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədov Amir Arif oğlu hadisə yerində ölüblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul YMX-nin xilasediciləri cəlb olunub. Xüsusi avadanlığın köməyi ilə avtomobildə sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.