Partlayış təhlükəli otaqlarda, işçi heyətin orada olub-olmamasından asılı olmayaraq, ventilyasiya sistemi, qəza halları istisna olmaqla daim işləməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Sorucu qəza ventilyasiyası havanın tərkibində (alışmanın aşağı qatılıq həddi) 15 – 20% -ə qədər yanar maddələr olduqda avtomatik işə düşməlidir. Onun əl ilə işə salınması üçün otağın xaricində, əsas girişə yaxın yerdə işəsalma qurğusu olmalıdır.