Yüklənmiş və dəyəri alıcılar tərəfindən vaxtında ödənilməmiş ehtiyatların siyahısında hər bir yüklənmiş mallar üzrə alıcıların adı, ehtiyatların adı, məbləği, yüklənmə tarixi, çıxarışın və hesablaşma sənədinin tarixi qeyd edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Başqa təşkilatların anbarında saxlanılan mal-material qiymətlilərinin siyahısı onların məsuliyyətli mühafizəyə verilməsinə dair təsdiqedici sənədlərin əsasında tərtib edilir. Bu siyahıda ehtiyatların adı, miqdarı, növü, dəyəri (uçot məlumatları üzrə), həmçinin yüklərin mühafizəyə qəbul olunma tarixi, mühafizə yeri, sənədlərin nömrəsi və tarixi göstərilir.