Bu il ölkəmiz ən çox sel, daşqın hadisələri ilə üzləşib. Ölkə miqyasında 140-dan çox hadisə baş verib.

Heftelik.az -ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bitki mühafizəsi ilə bağlı keçirilən regional tədbirdə deyib.

O bildirib ki, iqlim dəyişikliyi özünü böyük təzadlarla göstərməkdədir: “Bəzi bölgələrdə bir gündə 3 aylıq norma yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11 faizi də müşahidə olunmur”.