Neftvurma stansiyalarının istehsalat otaqlarında quraşdırılmış ventilyasiya sistemlərinin sazlığına nəzarət, düzgün istismarı və xidmətinin təşkil olunması müəssisə üzrə əmrlə təyin olunmuş mühəndis-mexanikin və mühəndis-elektrikin üzərinə düşür.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İstehsalat otaqlarının ventilyasiya sistemləri avtomatik və məsafədən idarəedilən icrada olmalıdır.