Mühasibat uçotu subyektləri əsas vəsaitlərin (fondların) uçotu üzərində nəzarəti təmin etmək məqsədilə onlara inventar nömrələri tətbiq etmək hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Bu zaman azı 10 rəqəmli göstəricidən istifadə edilir. 10 rəqəmli göstəricinin 1-ci üç rəqəmi əsas vəsaitin (fondun) uçota alındığı hesabı, 4-cü və 5-ci rəqəm həmin əsas vəsaitin (fondun) aid olduğu subhesabı və sonuncu beş rəqəmi isə əsas vəsatin (fondun) sıra nömrəsini göstərir. Mühasibat uçotu subyektləri iş xüsusiyyətlərindən asılı olaraq əsas vəsaitlərə (fondlara) tətbiq edilən inventar nömrələrinə əlavə rəqəmlər daxil edə bilərlər.