aktivMühasibat uçotu subyektinin bütün aktivləri və öhdəlikləri onların olduğu yerlərdən asılı olmayaraq inventarizasiya olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Mühasibat uçotu subyekti tərəfindən balansa daxil olunmayan məsuliyyətli mühafizəyə qəbul edilən, müvəqqəti icarəyə və istifadəyə götürülən, təkrar emal və ya yuyulmaq üçün alınan istehsal ehtiyatları və digər əmlaklar, habelə başqa səbəblərdən uçota alınmamış qiymətlilər üzrə inventarizasiya aparılır. Aktivlərin inventarizasiyası onların olduğu yerlər və maddi-məsul şəxslər üzrə aparılır.